Icma.az
close
up
RU
“ABŞ bazar günü İranı vuracaq”

“ABŞ bazar günü İranı vuracaq”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton regiondakı müttəfiq ölkələrdən birinə ABŞ-nin İrana mümkün hərbi hücumunun bazar günü başlaya biləcəyi barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazır.

Məlumata əsasən, hücumun əsas hədəfi İran rəhbərliyi, eləcə də, ölkənin nüvə və ballistik raket infrastrukturu ola bilər.

Prezident Donald Trampın İrana “razılaşma üçün son tarix verdim” açıqlamasından sonra Amerika mediasında bu tarixlə bağlı iddialar artmaqda davam edir.

“Dropsite News”un məlumatına görə, ABŞ-nin yüksək vəzifəli rəsmiləri Trampın bu həftəsonu İrana hücum qərarını təsdiqləyə biləcəyini müttəfiq ölkəyə çatdırıblar. Mənbələr hücumların bazar günü başlayacağını iddia edirlər.

Xəbərdə qeyd olunur ki, Tramp administrasiyasına Yaxın Şərq siyasəti ilə bağlı qeyri-rəsmi məsləhətlər verən keçmiş kəşfiyyat rəsmisi məsələnin artıq nüvə və ya raket proqramı ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd İranda rejim dəyişikliyinə nail olmaqdır.

Mənbənin iddiasına əsasən, planlaşdırılan hücum İran rəhbərliyini, nüvə obyektlərini, ballistik raket qurğularını və digər hərbi hədəfləri əhatə edəcək. Bildirilir ki, Tramp administrasiyası mümkün hücumun uğurlu olacağı təqdirdə ölkə daxilində kütləvi etirazların yenidən başlaya biləcəyini və bunun hökumətin devrilməsinə gətirib çıxara biləcəyini hesablayır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu iddialara münasibət bildirməkdən imtina edib.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında həftəsonu keçirilməsi planlaşdırılan İran hərbi təlimləri ilə bağlı xəbərdarlıq yayıb. CENTCOM İran İnqilab Keşikçilərini təlimlər zamanı ABŞ qüvvələrindən uzaq durmağa çağırıb.

Bəyanatda İranın bölgədə hərbi fəaliyyət göstərmək hüququ tanınsa da, “beynəlxalq naviqasiya azadlığına lazımsız risklər yaradılmamalı” olduğu vurğulanıb. ABŞ tərəfi bildirib ki, Amerika hərbi qüvvələrinin üzərindən uçuşlar, toqquşma kursunda gəmilərə yüksək sürətlə yaxınlaşma və ya ABŞ əsgərlərinə silah tuşlamaq kimi hərəkətlərə dözümlə yanaşılmayacaq.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən imzalanma mərasimində İranla bağlı açıqlama verib: “Biz İrana çoxlu sayda gəmi göndəririk. Ümid edirəm ki, razılaşma əldə edə bilərik. Əgər razılaşma olsa, bu yaxşıdır; əks halda nə olacağını görəcəyik”.

Tramp bildirib ki, İrana doğru hərəkət edən Amerika donanması Venesuela üçün Karib dənizinə göndərilən donanmadan daha böyükdür. Prezident İranla təmasların davam etdiyini və son vaxtlar edamların dayandırılmasına nail olunduğunu qeyd edib: “İranın həqiqətən razılaşma istədiyini düşünürəm”.

İrana razılaşma üçün son tarix verib-vermədiyi sualına isə Tramp “Bunu yalnız onlar bilir” cavabını verib.

İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani isə mümkün münaqişə halında İranın sərt cavab verəcəyini bildirib. Onun sözlərinə görə, İranın cavabı İsrailin dərinliklərində hədəflərin vurulmasını da əhatə edə bilər.

Şamxani “düşmənlərin İrana hücum planları” barədə məlumatlı olduqlarını, bu planları neytrallaşdıracaq nöqtələrə zərbə endiriləcəyini bildirib.

Xatırladaq ki, yanvarın 28-də Donald Tramp sosial media hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nəhəng bir armadanın İrana doğru hərəkət etdiyini açıqlayıb. Tramp bu donanmaya “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyini və onun Venesuelaya göndəriləndən daha böyük olduğunu qeyd edib.

ABŞ Mərkəzi Komandanlığı da “USS Abraham Lincoln” zərbə qrupunun regional təhlükəsizlik və sabitliyi dəstəkləmək məqsədilə Yaxın Şərqə yerləşdirildiyini təsdiqləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri