ABŞ bəyan etdi: Rusiyanın dərinliklərinə bu raketlərlə zərbə ediriləcək
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Minlərlə uzaqmənzilli “Flamingo” raketinin istehsalı Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərində strateji hədəflərə dağıdıcı zərbələr endirmək imkanı verəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Amerikanın “The War Zone” (TWZ) nəşrinin məlumat yayıb. Məqalədə qeyd olunur ki, silah istehsalçısı “Fire Point” oktyabr ayından etibarən gündəlik yeddi ədəd “Flamingo” raketi buraxmağı planlaşdırır.
Nəşrin məlumatına görə, raketin texniki göstəriciləri olduqca diqqətçəkicidir. Mənzili 1864 mil (təxminən 3000 km), döyüş başlığının çəkisi 1150 kiloqrama (2535 funt) effektiv zərbə endirməyə imkan yaradır.
Bu xüsusiyyətlər “Flamingo”nu Ukraynanın hazırda istifadə etdiyi bütün raket və PUA-lardan daha güclü və uzunmənzilli silaha çevirir.
Nəşr əlavə edir ki, raketin iti formalı başlığı onu güclü müdafiə olunmuş bunkerlərə və sığınacaqlara nüfuz etməyə qadir edə bilər:
“Döyüş başlığı hətta çevrilmiş hava bombası ola bilər,” – deyə müəllif vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Avqust 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















