Icma.az
close
up
RU
ABŞ BMT nin Ukrayna ilə bağlı qətnamə layihəsini dəstəkləməyib

ABŞ BMT nin Ukrayna ilə bağlı qətnamə layihəsini dəstəkləməyib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına da qarşı çıxıb

Rusiya-Ukrayna müharibəsi başlayandan ABŞ ilk dəfə olaraq BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib. Sənədin müəllifləri arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələr yer alır, lakin ABŞ bu siyahıya daxil olmayıb. Fevralın 24-ü üçün hazırlanan qətnamə layihəsində Rusiyanın Ukrayna ərazisindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarması tələb olunur. Lakin ABŞ həmmüəlliflər sırasında olmamaqla BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə layihəsini dəstəkləməkdən imtina edib. “Reuters”ə diplomatik mənbələrdən verilən məlumata görə, bu addım Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında artan fikir ayrılığını əks etdirir. BMT Baş Assambleyasının qətnamə layihəsində Rusiyanın təcavüzü pislənir və “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə” sadiqliyi bir daha təsdiqlənir.  “Əvvəlki illərdə Birləşmiş Ştatlar Ukraynada ədalətli sülhün bərqərar olması üçün ardıcıl olaraq bu cür qətnamələri dəstəkləyib”, - nəşrin mənbələri bildirib. Məlumata görə, qətnaməni 50-dən çox ölkə dəstəkləyib. Bunların hansı dövlətlər olduğu barədə hələ ki,  məlumat verilməyib.

Ukrayna mövzusunda rəsmi Vaşinqtonun addımları bununla da bitməyib. Belə ki, ABŞ G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına da qarşı çıxıb. Bu barədə “The New York Times” nəşri məlumat yayıb. Vaşinqtonun bu addımı ABŞ Prezidenti Donald Trampın bu həftənin əvvəlində Rusiya ilə müharibəyə başlayan ölkənin Ukrayna olduğunu bəyan etməsindən sonra atılıb.

G7-nin yüksəkrütbəli rəsmisi Kanadanın Ukraynaya dəstək bəyanatının ilk layihəsini digər altı üzv dövlətə yaydığını bildirib. Ottava G7-yə sədrlik etdiyi üçün layihənin hazırlanmasına liderlik edib. Öz növbəsində, ABŞ tərəfi bu həftə ilk layihəni nəzərdən keçirib və Ukraynanın lehinə olan bütün istinadları çıxarıb. Nəticədə sənəd layihəsində münaqişədə təcavüzkar kimi Rusiya və ya işğalın qurbanı kimi Ukrayna qeyd olunmayıb, Vaşinqton bu məsələdə bitərəf olub.

Hazırda “Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan dağıdıcı müharibəni” təsvir edən, lakin 2022-ci ildən bəri G7-nin bəyanatlarında yer alan “Rusiyanın təcavüzü” və ya “təcavüzkarlar” sözlərindən istifadə olunmayan layihədə diplomatlar dil üzərində işləməyə davam edir. Adının açıqlanmasını istəməyən G7-nin rəsmisi bildirib ki, mətnin hazırlanması və müzakirəsi bazar ertəsi gününə qədər davam edə bilər.

“Reuters”in məlumatına görə, Birləşmiş Ştatların, həmçinin BMT Baş Assambleyasının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın təcavüzünü pisləyən qətnamə layihəsinin birgə müəllifliyindən imtina etməsi də Vaşinqtonun prosesə yeni yanaşması ilə əlaqədardır. Hazırkı layihədə etibarlı təhlükəsizlik təminatlarının və Ukraynanın Avropa İttifaqına inteqrasiyasının “gələcək təcavüzün qarşısını alacaq davamlı sülhün təmin edilməsi üçün həlledici əhəmiyyətə malik olacağı” ifadəsi yer alır.

G7 ölkələri arasında danışıqlar davam edir və yekun mətn hələ müəyyən edilməyib. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Donald Trampla görüşmək üçün gələn həftə Vaşinqtona səfər edəcəyi bildirilirdi. Onların Trampı öz mövqeyindən daşındıra biləcəyi isə real görünmür.

N. BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri