ABŞ bombardmançı təyyarələrini modernləşdirir 2 milyard dollara yaxın xərcləyəcək
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Hərbi Hava Qüvvələri növbəti beş il ərzində “B-1B Lancer” və “B-2 Spirit” strateji bombardmançı təyyarələrinin modernləşdirilməsinə təxminən 1,7 milyard dollar xərcləməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi Hava Qüvvələrinin büdcə sənədlərində öz əksini tapıb.
Sənədlərə görə, 2027-2031-ci illərdə “B-1B Lancer” bombardmançı təyyarələrinin modernləşdirilməsi üçün 342 milyon dollar, “B-2 Spirit” bombardmançı təyyarələrinin modernləşdirilməsi üçün isə 1,35 milyard dollar ayrılıb.
Birinci tip bombardmançılar üçün 145 buraxılış qurğusu əldə etmək, eləcə də xarici asqılara silah yerləşdirmək funksiyasını bərpa etmək planlaşdırılır. İkinci tip bombardmançılar üçün isə köhnəlmiş buraxılış qurğuları dəyişdirmək, göyərtədəki silahların sayını artırmaq və müxtəlif növ sursatların istifadəsinə imkan yaratmaq nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:ABŞ bombardmançı təyyarələrini bu ölkəyə göndərdi
09 Noyabr 2025 06:56
ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib
05 Oktyabr 2026 02:25
İran təhdid etdi: ABŞ dərhal bombardmançı təyyarələrini geri çəkdi
05 Oktyabr 2026 14:33
Sərvəti 2 milyard dollara çatdı
11 Mart 2026 18:56
ABŞ müharibənin ilk 4 günündə 2 milyard dollara yaxın hərbi texnika itirib
04 Mart 2026 16:26
Baxış sayı:93
Bu xəbər 16 Oktyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















