ABŞ bombardmançılarıi Rusiya istiqamətində havaya QALXDI
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçdəki Örland Hərbi Hava Bazasına çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar ABŞ-nin Texas ştatındakı Dyass Hərbi Hava Qüvvələri bazasından Norveçdəki hava bazasına gətirilib.
Norveçdə qaldıqları müddətdə ABŞ bombardmançıları Norveç F-35-ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçərək, axtarış, müəyyənləşdirmə, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, eləcə də müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyaları həyata keçirəcəklər.
AIRCOM-un bildirdiyinə görə, ekipajlar həmçinin manevr azadlığını məhdudlaşdıran hava və yer təhdidlərinə qarşı məşqlər edəcəklər ki, bu da alyansın hava üstünlüyünü təmin etməyə hazırlığını gücləndirəcək.
Qeyd edək ki, Örland aviabazası qütb bölgəsində NATO təlimlərinin keçirildiyi yerdir. Rusiya ilə sərhədin yaxınlığında yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Avqust 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















