Icma.az
close
up
RU
ABŞ “böyük məğlubiyyətə uğrayacaq“: İlon Mask gözlənilməz bəyanat verib

ABŞ “böyük məğlubiyyətə uğrayacaq“: İlon Mask gözlənilməz bəyanat verib

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Birləşmiş Ştatlar silah proqramlarını tamamilə yenidən nəzərdən keçirməli və modernləşdirməlidir..."

Amerikalı milyarder İlon Mask ABŞ-ın mövcud silahlanma strategiyasını sərt tənqid edib.

Moderator.az xəbər verir ki, bu fikirləri Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. Məlumatı "cursorinfo.co" nəşri yayıb.

Məlumatda deyilir ki, Mask Birləşmiş Ştatların silah proqramlarını tamamilə yenidən nəzərdən keçirməli və modernləşdirməli olduğunu bildirib. Əks halda, onun fikrincə, ABŞ "böyük məğlubiyyətə uğrayacaq".

Milyarder qeyd edib ki, ABŞ-ın hazırkı strategiyası "dünənki müharibə" üçün az sayda, lakin yüksək qiymətə silah istehsal etməyə əsaslanır. Görünən odur ki, o, ABŞ silahlarının müasir hərbi reallıqlara uyğun olmadığını nəzərdə tutur.

Mask bu şərhini "Social Capital" vençur şirkətinin qurucusu Şamat Palixatitiya tərəfindən paylaşılan mesaja cavab olaraq yazıb. Palixatitiya qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri növbəti 30 il ərzində 364 gəmi üçün hər il təxminən 40 milyard dollar xərcləməyi planlaşdırır. 

Onun hesablamalarına görə, bu, hər bir gəmi üçün təqribən 3 milyard dollar deməkdir. O, bu vəsaitin bir hissəsinin 10 min pilotsuz uçuş aparatının alınmasına sərf edilməsinin daha effektiv olacağını bildirib.

"Əgər dərhal və köklü dəyişikliklər edilməsə, Amerika növbəti müharibədə böyük məğlubiyyətə uğrayacaq", o, Mask deyib.

Bundan öncə xəbər verilib ki, Trampın inauqurasiyasında diqqət çəkən fiqurlardan biri İlon Mask olub. Bu, ən çox müzakirə edilən məqamlardan biri idi. Maskın əl hərəkəti "nasist salamına" bənzədiyi üçün sosial mediada geniş müzakirələrə səbəb olub.

Daha bir məlumatda deyilib ki, amerikalı milyarder İlon Mask "X" platformasındakı bloqunda Qəzza və HƏMAS-ın fəaliyyəti ilə bağlı paylaşım edib. Mask bildirib ki, Qəzzada uşaqlar erkən yaşlardan nifrət və zorakılıq təbliğatı ilə böyüdülür, bu da, onun fikrincə, bölgədə uzunmüddətli sülhün əldə edilməsinə mane olur.

Eyni zamanda, qeyd edilib ki, Tramp öz tanışlarından Maskın israrçı davranışlarından şikayətlənib. Onun sözlərinə görə, Mask daim yanında olmağa çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri