Icma.az
close
up
RU
ABŞ, Britaniya və Avstraliya birgə hipersəs silahları hazırlayacaqlar

ABŞ, Britaniya və Avstraliya birgə hipersəs silahları hazırlayacaqlar

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər üç ölkə hipersəs uçuş sınağı və eksperiment layihəsini həyata keçirmək üçün bir-birinin sınaq imkanlarından istifadə edəcək

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS müdafiə ortaqlığı çərçivəsində hipersəs silahları hazırlayıb birgə sınaqdan keçirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun yaydığı məlumatda qeyd olunub.

““Komponent 2”nin həyata keçirilməsi zamanı hər üç ölkə hipersəs uçuş sınağı və eksperiment layihəsini həyata keçirmək üçün bir-birinin sınaq imkanlarından istifadə edəcək və texniki məlumatları paylaşacaq”, - məlumatda vurğulanıb.

Tərəflər bu layihə çərçivəsində Vaşinqton, London və Kanberranın mövcud inkişaflarını birləşdirməyi planlaşdırırlar. Gözlənilir ki, 2028-ci ilə qədər tərəflər 252 milyon dollarlıq maliyyə ilə altı birgə uçuş sınağı keçirəcək, eyni zamanda, həm hücum, həm də müdafiə silahları üçün lazım olan texnologiyalara sahib olacaqlar.

Əməkdaşlıq hipersəs silahları üçün yüksək temperaturlu ərintilər, qabaqcıl hərəkət sistemləri, istiqamətləndirmə və idarəetmə sistemləri kimi əsas texnologiyaların inkişafını sürətləndirməlidir.

Bundan əlavə, layihə ABŞ, Böyük Britaniya və Avstraliyanın birgə çəkindirmə potensialını inkişaf etdirməyə və hipersəs silahlarının hazırlanması və təchizatı üçün tələblərin hazırlanmasına kömək etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri