ABŞ bu əməliyyatla Rusiyaya göstərdi ki, hegemon güc necə olur Sahib Alıyev
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin Venesuelanı ələ keçirməsi və Rusiyanın buna səssiz qalması müəyyən suallar doğurur. Belə fikirlər var ki, bunun səbəbi Rusiya ilə ABŞ arasında sövdələşmədir. Yəni Rusiya ABŞ-nin Venesueladakı addımına səssiz qalacaq, əvəzində isə ABŞ Rusiyanın Ukraynanın işğal etməsinə mane olmayacaq.
Bəs həqiqətən də Rusiya və ABŞ arasında belə bir sövdələşmə mümkündürmü?
Milli Məclisin deputatı Sahib Alıyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Yalta sövdələşməsinin təkrarlanması üçün indi heç bir əsas yoxdur.
Onun sözlərinə görə, hazırkı Rusiya keçmiş SSRİ deyil və ABŞ ona nə özü ilə eyni çəkili dövlət, nə də qlobal güc olaraq yanaşır:
"ABŞ-nin Venesuelada apardığı əməliyyat da bir növ bunun təsdiqi idi. ABŞ bu əməliyyatla göstərdi ki, hegemon güc necə olur və o, xüsusi hərbi əməliyyatı bəzi dövlətlər kimi az qala dörd ildir aparmır, bir neçə saata bitirir. Rusiya bu aradakı fərqin hamıdan daha çox fərqindədir, ona görə də nəinki Venesuela Prezidenti Nikolas Maduro və xanımı ələ keçirilib aparılarkən, özünün Venesueladan neft daşıyan tankeri ələ keçiriləndə də gözlənilən addımı atmadı, ata da bilməzdi".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Yanvar 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















