ABŞ bu əraziyə bombardmançı təyyarələr göndərdi
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Hərbi Hava Qüvvələri Britaniyanın Hind okeanındakı Dieqo Qarsiya adasında yerləşən strateji bazaya əlavə olaraq dörd B-52H Stratofortress bombardmançı təyyarəsi göndərib.
Sfera.az “ İnterfaks” nəşrinə istinadən xəbər verir ki, bu, əvvəllər bazada yerləşdirilmiş altı B-2 Spirit bombardmançısından sonra baş verib. Peyk görüntüləri təyyarələrin adaya çatdığını təsdiqləyib. ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji qarşısının alınması üzrə müavini general-leytenant Endryu Qebara da ABŞ Konqresində dinləmələr zamanı bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, B-2 bombardmançıları mart ayının sonunda Dieqo Qarsiyaya gəlmiş və husilərə qarşı həyata keçirilən kütləvi hava hücumlarında iştirak etmişdi. Lakin bu əməliyyatlar mayın 6-da Prezident Donald Trampın husilərə qarşı bombardman kampaniyasına son qoyması ilə yekunlaşıb. Trampın qərarı husilərin Yəmən sahillərində kommersiya gəmilərinə hücumları dayandırmağa razılıq verməsi ilə əlaqələndirilir.
Bununla belə, ekspertlər husilərin bu razılaşmaya əməl edəcəyinə skeptik yanaşırlar. ABŞ-nin Qlobal Hücum Komandanlığı bombardmançıların bazaya yerləşdirilməsini hələlik rəsmi şəkildə şərh etməyib. Komandanlıqdan bildirilib ki, bu yerləşdirmə ABŞ və onun müttəfiqlərinə qarşı strateji hücumların qarşısını almaq və lazım gəldikdə cavab vermək məqsədi daşıyır. Əməliyyat təhlükəsizliyi səbəbindən təfərrüatlar açıqlanmır.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 May 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















