ABŞ bu hədəflərə zərbələr endirdi: ölənlər var
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ ordusu beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia olunan üç gəmiyə zərbələr endirib.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində üç nəfər öldürülüb.
“Kəşfiyyat məlumatlarına əsasən, gəmilərin məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyi və narkotik maddələr daşıdığı təsdiqlənib”, – deyə komandanlıqdan bildirilib.
Qeyd olunub ki, ölənlərin hamısı eyni gəminin göyərtəsində olub. Digər gəmilərdə olanlar isə əməliyyatdan əvvəl gəmini tərk edərək, ərazidən uzaqlaşıblar. Bundan sonra ABŞ hərbçiləri həmin gəmiləri batırıblar, qaçan şəxslərin axtarışı və xilas edilməsi üçün sahil mühafizəsinə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















