ABŞ bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
Icma.az, Ayna portalına istinadən məlumat verir.
“İki ABŞ rəsmisi mənə bildirdi ki, bu qərar yeni Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində veriləcək”
ABŞ-ın hazırkı Prezidenti Co Baydenin administrasiyası bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. AYNA xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbələrinə istinadən məlumat yayıb.
“Bayden administrasiyası bu həftə Prezident Nikolas Maduronun Venesueladakı rejiminə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. İki ABŞ rəsmisi mənə bildirdi ki, bu qərar yeni Prezident Donald Trampın andiçmə mərasimi ərəfəsində veriləcək. Dövlət Departamenti sanksiyaları çərşənbə günü elan edə bilər”, – jurnalist “X” sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















