ABŞ bu il “Brent“in qiymət proqnozunu bir barel üçün 55,87 dollara qaldırıb
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Energetika Nazirliyi (EIA) 2026-cı ildə "Brent" markalı xam neftin orta qiyməti ilə bağlı proqnozunu 1,43% artıraraq bir barel üçün 55,08 dollardan 55,87 dollara çatdırıb.
Moderator.az qurumun hesabatına istinadən xəbər verir ki, 2027-ci ildə "Brent" markalı xam neftin qiyməti orta hesabla 54,02 dollar/barel olacaq.
Nazirlik qlobal neft istehsalının qlobal tələbatı üstələməsi və bunun nəticəsində ehtiyatların artması ilə neft qiymətlərinin 2026-cı ildə düşəcəyini gözləyir. Vurğulanıb ki, qlobal ehtiyatlar 2027-ci ildə daha yavaş olsa da, artmağa davam edəcək.
Bundan əlavə, qurum 2026-cı ildə ölkədə neft hasilatı proqnozunu gündə 13,59 milyon barelə qaldırıb və 2027-ci ildə istehsalın gündə 13,25 milyon barelə çatacağını gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Yanvar 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















