ABŞ bu iranlıları axtarır: 25 milyon dollar mükafat veriləcək FOTO
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) Vaşinqtondakı sahə ofisi 2 İran kəşfiyyatçısının görüntüsünü paylaşıb və onların həbsinə səbəb olacaq məlumat üçün 25 milyon dollar mükafat təklif edib.
“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” telegram məlumat yayıb.
FTB-nin məlumatına görə, iranlı casuslar Məhəmməd Baseri və Əhməd Xəzayinin Amerika vətəndaşı Robert Bob Levinsonun qaçırılması və ölümündə əli var.
Qeyd olunub ki, 2007-ci il martın 7-də Kiş adasında yoxa çıxan Levinsonun qaçırılmasına İran rəsmiləri göstəriş versələr də, 18 ilə yaxındır ki, ABŞ vətəndaşının taleyi ilə bağlı heç bir açıqlama vermirlər.
Eyni zamanda, iki İran kəşfiyyatçısının həbs üçün ilk olaraq 5 milyon dollar, daha sonra isə ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı tərəfindən 20 milyon dollar veriləcəyi vurğulanıb.
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















