ABŞ bu sahədə Rusiya və Çinə meydan oxumağa hazırlaşır
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“ABŞ qlobal nüvə enerjisində liderliyi bərpa etməyə və bu sahədə Rusiya və Çini ötməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən Brent Kristensen deyib.
“2017-ci ildən bəri yeni nüvə reaktorlarının 87%-i Rusiya və ya Çin layihələrindən istifadə edilməklə tikilib. Bu, narahatedici əlamətdir. ABŞ və onun tərəfdaşları liderliyi bərpa etməli və rəqiblərini üstələyəcəyini sübuta yetirməlidir. Vaşinqton tərəfdaşlarla əməkdaşlığı gücləndirmək və maliyyə dəstəyini genişləndirmək niyyətindədir”, – Kristensen vurğulayıb.
Mayın 23-də ABŞ prezidenti Donald Tramp nüvə enerjisindən istifadənin genişləndirilməsi ilə bağlı sərəncamlar imzalayıb. ABŞ-ın energetika naziri Kris Rayt daha sonra bəyan edib ki, Birləşmiş Ştatlar yenidən nüvə sənayesində “real gücə” çevrilmək istəyir. Onun sözlərinə görə, yeni siyasətin məqsədi yaxın 25 il ərzində AES-lərdə elektrik enerjisi istehsalını dörd dəfə artırmaqdır.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















