ABŞ bunker bombalarını gündəmə gətirdi: İsrail vasitəsilə İrana təzyiq ssenarisi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası İsrailə bunkerəleyhinə bombalar verməyi nəzərdən keçirir. Belə bir addım bu həftə baş tuta bilər. Tehranın nüvə proqramı ilə bağlı yeni danışıqlar ərəfəsində bu, İrana qarşı ciddi təzyiq vasitəsi ola bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən bildirib.
Bildirilir ki, hazırda İsrailin arsenalında olmayan bu cür silahlar İranın yeraltı nüvə obyekti olan Fordonu potensial məhv etmək üçün lazımdır.
Portal həmçinin Ağ Evin ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı arasında mümkün görüş barədə Tehranla danışıqlar apardığı məlumatını təsdiqləyib. Görüş bu həftə baş tuta bilər.
ABŞ tərəfi nüvə sazişinin bağlanmasını və İsrail ilə İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan diplomatik təklifi müzakirə etmək niyyətindədir.
Baxış sayı:96
Bu xəbər 17 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















