Icma.az
close
up
RU
ABŞ bütün dünyanın sahibi deyil ki, yardımların kəsilməsinə nəzarət edə bilsin

ABŞ bütün dünyanın sahibi deyil ki, yardımların kəsilməsinə nəzarət edə bilsin

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa bildirdib ki, Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həlli Kiyevə hərbi yardımın tamamilə dayandırılmasını tələb edir.

Ukraynaya hərbi yardım tamamilə dayandırıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Putinin tələbləri və şərtləri müəyyən mərhələdən sonra Rusiyanın özü üçün ciddi problemlər yarada bilər:

"Xüsusilə də bu şərtlər sülh prosesinin bloklanmasına yol aça biləcək faktlara çevrilə bilər. Çünki elə şərtlər irəli sürür ki, sülh danışıqları və onun məzmunu ümumiyyətlə əhəmiyyətini itirmiş olur. ABŞ bütün dünyanın sahibi deyil ki, yardımların kəsilməsinə nəzarət edə bilsin. Ukraynaya yalnız ABŞ deyil, eyni zamanda Avropa Birliyi ölkələri də yardımlar göstərir".

Politoloq qeyd etdi ki, ABŞ yalnız özünün yardımlarını dayandıra bilər.

"Avropa Birliyinin göstərdiyi yardımlarla bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Əgər ABŞ bu məsələni də öz üzərinə götürmüş olsa, o zaman Avropa Birliyinə təzyiq göstərmək məcburiyyətindədir. Putinin belə tələb irəli sürməsi ABŞ-nin özünü çətin vəziyyətə salan bir məsələdir. Bu baxımdan vəziyyət olduqca qəlizdir və əgər bir qədər Rusiyaya sərfəli vəziyyətin yaranmasından cəsarətlənən Kreml belə maksimalist mövqeydən çıxış edirsə, sonrakı mərhələdə hər şey Rusiyanın əleyhinə çevrilə bilər və indiki sərfəli mövqelər əldən çıxa bilər", - deyə E.Xalidbəyli bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Mart 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri