Icma.az
close
up
RU
ABŞ Çin çiplərinə yeni gömrük rüsumlarının tətbiqini təxirə salıb

ABŞ Çin çiplərinə yeni gömrük rüsumlarının tətbiqini təxirə salıb

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

ABŞ Çin çiplərinə yeni gömrük rüsumlarının tətbiqini təxirə salıb


ABŞ Çin çiplərinə yeni gömrük rüsumlarını tətbiq etməkdən çəkinib. Bu, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında barışıq dövründə baş verib.
Oxumənı.az-ın məlumatına görə, bu barədə “RBC-Ukrayna” “Bloomberg”-ə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ Çini yarımkeçirici sektorunda ədalətsiz təcrübələrdə ittiham edib, lakin ən azı 2027-ci ilin ortalarına qədər çip idxalına əlavə gömrük rüsumlarını tətbiq etməkdən imtina edir.
Xüsusilə, çərşənbə axşamı ABŞ Ticarət Nümayəndəliyinin Ofisi, prezident Baydenin səlahiyyət müddətinin sonunda başlayan Çinin çip istehsalı sektoru ilə bağlı təxminən bir il davam edən araşdırmanın nəticələrini açıqlayıb.
Trampın prezidentliyi dövründə yekun qərarın veriləcəyi gözlənilirdi. Lakin son aylarda Tramp və Si Cinpin barışıq əldə edərək ticarət müharibəsinə son qoyublar.
Heç bir tarif elan olunmasa da, ABŞ hökuməti gələcəkdə onların tətbiq edilməsi ehtimalını istisna etməyib. ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (OTR) Federal Reyestrdə tariflərin əvvəlcə 18 ay müddətində sıfır olacağını və "bu tarixdən ən azı 30 gün əvvəl elan ediləcək dərəcəyə qədər" artacağını bildirib.
Bildirişdə deyilir: "Çinin yarımkeçiricilər sənayesində dominantlıq etməyə çalışması əsassızdır, ABŞ ticarətinə mane olur və ya məhdudlaşdırır və buna görə də tədbir görülməsini tələb edir".
“Bloomberg” əlavə edir ki, yeni tariflərdən çəkinmək qərarı Tramp administrasiyasının Çinlə münasibətləri sabitləşdirməyə, Tramp və Si Cinpin arasında oktyabr ayında Cənubi Koreyada əldə edilən razılaşmanı möhkəmləndirməyə çalışdığına dair daha bir siqnaldır. Həmin vaxt tərəflər tarifləri kəskin şəkildə artırmaqdan çəkinmək və texnologiya və vacib minerallara ixrac məhdudiyyətlərini yumşaltmaq barədə razılığa gəliblər.
Eyni zamanda, tarif artımı ehtimalını qorumaqla Tramp Si Cinpinlə razılaşmanın pozulması halında əlavə təsir yaradır.
ABŞ Ticarət Nümayəndəliyinin Ofisi əlavə edib ki, "ABŞ Ticarət Nümayəndəsi bu tədbirlərin effektivliyini, bu məsələnin həllindəki irəliləyişi və hər hansı əlavə tədbirlərin görülməsinin zəruriliyini izləməyə davam edəcək".
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Dekabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri