ABŞ: Çin Hind Sakit okeanda sülhü pozur
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ dövlət katibi Marko Rubio Çini Cənubi Çin dənizi ilə bağlı iddiaları ilə qonşu ölkələrin suveren hüquqlarını pozmaqda, Hind-Sakit okean regionunda sülh və sabitliyə zərbə vurmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, nazirliyin internet saytında verdiyi açıqlamada Rubio Çinin 1982-ci il Cənubi Çin Dənizində Dəniz Hüququ Konvensiyasına əsasən yaradılmış Arbitraj Məhkəməsinin 2016-cı il qərarına məhəl qoymadan, qanunsuz iddialarını irəli sürməyə və qonşularına qarşı getdikcə daha aqressiv hərəkətlərə keçməyə davam etdiyini bildirib.
"Pekinin geniş iddiaları birbaşa Vyetnam, Filippin, Malayziya, Bruney və İndoneziyanın suveren hüquqlarını və yurisdiksiyalarını pozur və Hind-Sakit Okean regionunda sülh, sabitlik və rifahı pozur", - dövlət katibi Rubio bildirib.
Aytən Yaşar/ Turkustan.az


