ABŞ Çinə yeni sanksiyalar tətbiq edib Rəsmi Pekin sərt bəyanat yaydı
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Çinə yeni məhdudiyyətlər tətbiq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prezident Co Baydenin rəhbərlik etdiyi hökumət səlahiyyət müddətinin son ayında Çinə çip sənayesindəki qadağalarla bağlı qərarını açıqlayıb.
ABŞ Ticarət Departamentindənverilən məlumata görə, yarımkeçiricilərin hazırlanmasında istifadə edilən 24 növ çip istehsalı aparatına və 3 kateqoriya proqram təminatına ixrac məhdudiyyətləri qoyulub: "Məhdudiyyətlər çərçivəsində süni intellekt çiplərində istifadə edilən Yüksək Bölmə Yaddaş (HBM) komponentinin də Çinə ixracı qadağan ediləcək. Üstəlik, bu istiqamətdə 140 Çin şirkəti "qara siyahı"ya alınıb".
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien qadağa sərt reaksiya verib: "ABŞ-ın milli təhlükəsizlik anlayışının sərhədlərini aşıb. Bu davranış bazar iqtisadiyyatı qaydalarını və ədalətli rəqabət prinsipini pozur, beynəlxalq iqtisadi və ticarət nizamına zərər verir, sabitliyə xələl gətirir. Bir sözlə, son məhdudiyyətlər bütün ölkələrin maraqlarına zərər verəcək. Çin isə öz şirkətlərinin qanuni hüquq və mənafelərini qorumaq üçün qətiyyətli tədbirlər görəcək".
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Dekabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















