ABŞ Çinlə münaqişəyə hazır olmadığını bəyan edib
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
ABŞ Çinlə uzunmüddətli münaqişəyə hazır deyil, çünki onun müdafiə sənayesi çox yavaşdır.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu fikri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə namizəd, general Con Keyn bildirib.
...Bu kritik məqamda Birləşmiş Qüvvələr davamlı münaqişə üçün nəzərdə tutulmayan satınalma sistemi və müdafiə sənayesi bazası ilə üz-üzədir.
General bildirib ki, Vaşinqton düşmənlərin qarşısını almaq üçün lazım olan qabiliyyətə, çevikliyə və cavabdehliyə malik deyil.
O, həmçinin qeyd edib ki, Çin ABŞ-ın Hind-Sakit okean regionunda maraqlarına real və artan təhlükə yaradır.
Bundan əvvəl bir qrup nüfuzlu mühafizəkar və ABŞ qanunvericiləri Amerika administrasiyasına xəbərdarlıq etmişdilər ki, ölkənin Çini çəkindirmək üçün kifayət qədər taktiki nüvə silahı yoxdur.
Onlar ABŞ-ın nüvə arsenalının köhnəldiyini vurğulayıblar.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















