Icma.az
close
up
RU
ABŞ da cadugər ovu: 670 iranlı saxlanılıb, hakimiyyət onları “potensial terrorçu” elan edib

ABŞ da cadugər ovu: 670 iranlı saxlanılıb, hakimiyyət onları “potensial terrorçu” elan edib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Göç və Gömrük Mühafizəsi Xidməti (ICE), İran ilə İsrail arasında qarşıdurmalar davam etdiyi bir vaxtda cəmi bir həftə ərzində 130 İran vətəndaşını saxlayıb.

Bizimyol.info xəbər verir ki, əməliyyatlar keçmiş prezident Donald Trump rəhbərliyinin "yatmış hüceyrələr" təhlükəsi ilə bağlı narahatlıqları əsasında həyata keçirilib.

ICE bildirib ki, Bayden dövründə ən azı 1500 İran vətəndaşının ABŞ-a gizli yollarla daxil olduğu müəyyən edilib.

İranın nüvə obyektlərinə edilən hücumlardan sonra ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və ICE tərəfindən İran vətəndaşlarına qarşı genişmiqyaslı əməliyyat başladılıb. Bu əməliyyatlar çərçivəsində DHS və ICE əməkdaşları İran vətəndaşlarını saxlayıb.

ICE, saxlamaların "Tehranın cavab tədbirləri ilə təhdid etdiyi" üçün həyata keçirildiyini bildirib. Qurum, İranın vətəndaşlarını ABŞ ərazisində terror aktlarında istifadə etməyə hazırlaşdığını iddia etsə də, bu iddialara dair konkret sübut təqdim etməyib.

Donald Trump, sələfi Co Baydeni İranla bağlı lazımi tədbirləri görməməkdə günahlandırıb və ABŞ vətəndaşlarına qarşı potensial terror təhdidlərinə diqqət çəkib. Vaşinqton rəhbərliyi İranın nüvə obyektlərinə edilən hücumlardan sonra cavab tədbirləri gözlədiyi bir vaxtda ICE-nin hal-hazırda 670 İran vətəndaşını nəzarətdə saxladığı bildirilir.

Trumpa yaxınlığı ilə tanınan "Fox News" isə saxlanılan iranlıların əhəmiyyətli bir hissəsinin ailədaxili zorakılıq, narkotik maddələrin saxlanılması və qeyri-qanuni silah daşıma kimi cinayət keçmişinə malik olduğunu iddia edib. Ağ Ev isə saxlanılanlar arasında son dörd ilini İran ordusunda snayperçi kimi xidmət etmiş bir şəxsin də olduğunu açıqlayıb. Lakin Trump rəhbərliyi əvvəllər də saxlanılan mühacirlərlə bağlı ictimaiyyətə yanlış məlumat yaymaqda ittiham olunmuşdu.

ICE-nin keçmiş direktoru Conatan Faxey "Fox News"a verdiyi açıqlamada bildirib: “Bayden dönəmində ciddi bir araşdırma aparılmayıb. Təxminən 2 milyon qeyri-qanuni miqrant hadisəsi qeydə alınıb və bu şəxslərin kimliyi və keçmişi barədə heç bir məlumat yoxdur”.

Trump dövründə sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Homan isə İran vətəndaşlarının qeyri-qanuni yollarla ABŞ-a daxil olmasını “indiyə qədərki ən böyük milli təhlükəsizlik problemi” adlandırıb. O, ABŞ-dakı yatmış hüceyrələrin potensial hücum təhlükəsinin ciddiyə alınmalı olduğunu vurğulayıb: “Sərhəddə İran, Suriya və Özbəkistan vətəndaşlarının şəxsiyyətlərini müəyyən etdik. Heç bir terrorçunun keçmədiyini düşünmək sadəlövhlük olar”, - deyə o qeyd edib.

DHS-nin nazir müavini Tricia McLaughlin bildirib ki, aparılan əməliyyat zamanı ABŞ-a qanunsuz yollarla daxil olan, terrorla əlaqədə şübhəli bilinən və ya zorakı meyilləri olan şəxslər müəyyən edilib. O, nazirliyin "ən riskli şəxsləri hədəf aldığını" və bu əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

McLaughlin çərşənbə axşamı keçirdiyi mətbuat konfransında İran vətəndaşlarının "təhlükəsizlik təhdidi yaratmaq potensialına" görə "xüsusi nəzarət tələb edən əcnəbilər" kimi dəyərləndirildiyini bildirib:

"DHS, bu ölkəyə qanunsuz yolla daxil olan, Baydenin "saxta" şərti azadlıq proqramları ilə gələn və ya "şübhəli" terrorçuları və zorakı ekstremistləri müəyyən edib həbs etməyə davam edir. Ən təhlükəliləri ortaya çıxardığımızı deyirik və bu prosesi davam etdiririk", - deyə o bildirib.

Buna baxmayaraq, saxlanılan İran vətəndaşlarının ən az yarısının ABŞ-da qalmasına icazə verildiyi məlum olub.

ABŞ-da respublikaçılar Bayden rəhbərliyi dövründə təxminən 10 milyon şəxsin ölkəyə daxil olduğunu iddia edir. DHS və ICE rəsmiləri isə sərhəddən qeyri-qanuni keçidlər zamanı şəxsiyyət müəyyən edilmədiyi üçün ölkəyə daxil olan iranlıların sayının rəsmi göstəricilərdən qat-qat çox ola biləcəyini bildiriblər.

Trampa yaxın ABŞ mediasına görə, son illərdə Orta Şərqdən ABŞ-a gələnlərin sayı sürətlə artıb. Sərhəd bölgələrində 2021-ci ildə 48 nəfər saxlanılıbsa, bu rəqəm 2022-ci ildə 197-yə, 2023-cü ildə 462-yə, 2024-cü ildə isə 797-yə yüksəlib.

ABŞ-ın böyük şəhərlərində bank sistemləri, enerji şəbəkələri və kiber hücumlara qarşı yüksək səviyyədə xəbərdarlıq vəziyyəti elan edilib. Rəsmilər mümkün terror hücumlarına qarşı hazırlıqlı olduqlarını bildiriblər və həbslərin davam etdiriləcəyini qeyd ediblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri