Icma.az
close
up
RU
ABŞ da Demokratlar USAID qarşısında toplaşaraq Maska etiraz ediblər

ABŞ da Demokratlar USAID qarşısında toplaşaraq Maska etiraz ediblər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Demokratik Konqresmenlər xarici yardımı kəsmək qərarının arxasında olduğunu iddia etdikləri amerikalı iş adamı və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska etiraz ediblər.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, paytaxt Vaşinqtonda USAİD-in mənzil-qərargahı qarşısında toplaşan Demokrat Partiyasının senator və nümayəndələri ABŞ büdcəsindən beynəlxalq inkişaf üçün ayrılan yardımın çıxarılması qərarının qanuna zidd olduğu fikrini müdafiə ediblər.

USAİD-dən kənarda keçirilən mətbuat konfransında danışan senator Kris Van Hollen xarici yardımın dayandırılması qərarının ABŞ qanunlarının “açıq-aşkar pozulması” olduğunu deyib. "Biz Senatda və Nümayəndələr Palatasında bu rüsvayçılığı dayandırmaq üçün əlimizdən gələni edəcəyik", - deyə Hollen qeyd edib.

İlon Maskı tənqid edən Hollen, USAID-in bağlana bilməyəcəyinə inandığını və məhkəmə sisteminin bunun qarşısını alacağına inandığını bildirib.

Demokrat İlhan Ömər də: “Biz ilk gündən Trampın diktator olmaq istəməsindən danışırdıq və bu addılmı ilə o, dediklərimizin doğru olduğunu sübut etdi”, - deyə bildirib.

USAİD yardımının dayandırılmasının “çox kədərli” olduğunu bildirən Ömər, ABŞ prezidenti Tramp və onun komanda üzvü Maskın “Konqresin konstitusiya səlahiyyətini aradan qaldırmağa çalışdıqlarını” iddia edib.

ABŞ Konqresinin roluna toxunan Ömər: “Pul kisəsinin səlahiyyəti bizdədir, pulun hara ayrılacağına biz qərar veririk və bu pulun lazım olan yerə çatmasını təmin etmək icra hakimiyyətinin əlindədir”, - deyə qeyd edib.

Demokratlar Partiyasının nümayəndəsi Ceymi Raskin də xarici yardımın kəsilməsinə “Elon Mask, USAID-i sən yaratmamısan” deyərək reaksiya verib. Raskin: “Bizim Elon Mask adlı dördüncü hökumət qolumuz yoxdur”, - deyərək, USAİD-i məhv etməyə çalışanlara qarşı duracaqlarını vurğulayıb.

Mask, Raskinin “X” sosial media platformasıdakı şərhlərinə yazılı şəkildə cavab verib: “USAİD-in binası qarşısında aksiya keçirən korrupsioner siyasətçilər USAID-dən pul alan insanlardır. Ona görə oradadırlar, yenə də vergi pullarınızı oğurlamaq istəyirlər!”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Fevral 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri