Icma.az
close
up
RU
ABŞ da etiraz dalğası! Bütün ştatlar Trampa qarşı ayağa qalxdı: 50501 kodu...

ABŞ da etiraz dalğası! Bütün ştatlar Trampa qarşı ayağa qalxdı: 50501 kodu...

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

ABŞ-da minlərlə insan prezident Donald Trampın  mühacirlərlə bağlı siyasətinə qarşı ştatlarda etiraz aksiyaları keçirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  “1 gündə 50 ştatda 50 etiraz aksiyası” mənasını verən 50501 nömrəli hashtag ilə sosial media platformaları üzərindən təşkilatlanan etirazçılar günortadan sonra ştatlarda Konqres və şəhər binaları qarşısında toplaşmağa başlayıb.

Minlərlə insan Trampın vəzifəyə gəldikdən sonra həyata keçirdiyi “antimiqrant hüquqları” siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirmək üçün oraya toplaşıb.

Etirazçılar Trampın vəzifəyə gəldikdən sonra yürütdüyü siyasətə və respublikaçı siyasətçilərin qəbul etdiyi “Layihə 2025”ə qarşı toplaşdıqlarını bildiriblər.

Nümayişlərin yayılması gözlənilir. Miçiqan ştatının Lansinq şəhərində keçirilən etiraz aksiyalarına qatılan Demokratlar Partiyasının nümayəndəsi Carrie Rheingans etirazların "bütün bəşəriyyətin qorunması üçün insanlar tərəfindən" həyata keçirildiyini bildirib və bundan sonra daha çox nümayişlərin olacağına işarə edib.

Etirazçılar Texas ştatının Ostin şəhərində də toplaşaraq, əllərində “Biz insanlar "Layihə 2025"-i rədd edirik” yazılmış lövhələr tutublar. Etirazçılardan biri əlində “Mən bir mühacirin qızı olmaqdan qürur duyuram” yazılmış lövhə ilə görüntülənib.

Minnesota ştatında keçirilən nümayişlərdə insanlar Amerika və Meksika bayraqları ilə ştatın Konqres binası qarşısına toplaşıblar.

Kaliforniya ştatında vətəndaşlar “Faşizmlə mübarizə aparın!” şüarları səsləndiriblər. Etirazçılar Elon Mask və Trampın siyasətini tənqid ediblər.

Xatırladaq ki, Tramp vəzifəyə başladığı gün imzaladığı prezident fərmanı ilə Joe Biden dövründə tətbiq edilən "müxtəliflik, bərabərlik və əhatəlilik" proqramını ləğv etməyə qərar verdi, daha sonra qanuni immiqrasiyaya icazə verən "CBP One" proqramının ləğv edildiyini açıqladı.

Prezident Tramp Quantanamoda ölkəyə qeyri-qanuni yollarla daxil olan “cinayətkar immiqrantları” saxlamaq üçün 30 min nəfərin saxlanacağı bir müəssisənin hazırlanmasına göstəriş verib və ABŞ-ın müdafiə naziri Pit Heqset bu müəssisənin “immiqrantlar üçün əla ərazi” olduğunu deyib.

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri