Icma.az
close
up
RU
ABŞ da fəlakət xəbərdarlığı: Onlarla insan itkin düşüb, yeni yağışlar gözlənilir

ABŞ da fəlakət xəbərdarlığı: Onlarla insan itkin düşüb, yeni yağışlar gözlənilir

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Texas ştatında baş verən güclü yağışlar nəticəsində yaranan sel fəlakətində həyatını itirənlərin sayı 82-yə çatıb. 

Qaynarinfo xəbər verir ki, rəsmilər ən azı 41 nəfərin hələ də itkin düşdüyünü və axtarış-xilasetmə əməliyyatlarının bütün itkinlər tapılanadək davam etdiriləcəyini bildiriblər. Texas ştatının qubernatoru Qreq Abbott hava proqnozlarına əsaslanaraq bölgədə yeni yağışların gözlənildiyini və vətəndaşların qəfil sel təhlükəsinə qarşı hazır olmalı olduğunu qeyd edib.

Yerli mənbələrin məlumatına görə, 4 iyulda Texasın Kerr dairəsində başlayan güclü yağışlar nəticəsində Qvadalupe çayının səviyyəsi 8 metr qalxıb və nəticədə ətraf ərazilər selin təsirinə məruz qalıb. Hadisə zamanı həyatını itirənlər arasında 40 böyük və 28 uşaq olduğu açıqlanıb. Şerif idarəsi tərəfindən verilən məlumata əsasən, axtarış-xilasetmə işlərinə 20-dən çox qurumdan 400-dən artıq əməkdaş cəlb olunub.

Texas Ordusunun məlumatına görə, indiyədək 520 nəfər təhlükəli zonalardan xilas edilib. Bu çərçivədə 361 nəfər hava yolu ilə təxliyə olunub, 159 nəfər isə quru əməliyyatları ilə xilas edilib. Bölgəyə 100-dən artıq hava, su və quru texnikası cəlb olunub. Texas Milli Qvardiyası və Hava Qvardiyası helikopterlərlə hava müşahidəsi apararaq çətin vəziyyətdə qalan insanlara yardım göstərməyə çalışır.

Qubernator Qreq Abbott bazar günü keçirdiyi mətbuat konfransında bəzi bölgələrdə qəfil sellərin yenidən baş verə biləcəyini bildirib. O, Böyük Ölkə, Konço vadisi, Mərkəzi Texas və Kerrvillə ərazilərində yağışların təsirli olacağını və vətəndaşların ehtiyatlı davranmasının vacibliyini vurğulayıb.

Abbott bildirib ki, torpağın artıq su ilə dolduğunu və əlavə yağışların qəfil sel riskini daha da artırdığını unutmamaq lazımdır. Rəsmilər xüsusilə çay yataqları və alçaq ərazilərdə yaşayan sakinlərə xəbərdarlıq edərək hazırlıqlı olmalarını tövsiyə ediblər.

ABŞ prezidenti Donald Tramp Texasda baş verən sel fəlakəti səbəbilə Kerr dairəsini rəsmi olaraq fəlakət bölgəsi elan edib. Qubernator Abbott "X” sosial platformasında etdiyi paylaşımda bütün resursların səfərbər edildiyini bəyan edib. Yerli hakimiyyət orqanları isə bölgədə 50 minə yaxın insanın olduğu və xilasetmə əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb.

Bu arada, bəzi Respublikaçı yerli rəsmilər prezident Trampın qənaət siyasəti çərçivəsində büdcəsi azaldılan Milli Hava Proqnozu Xidmətini fəlakətdən öncə kifayət qədər xəbərdarlıq etməməkdə və doğru proqnoz verməməkdə ittiham ediblər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri