ABŞ da istehlakçı inamı son 5 ayın ən aşağı səviyyəsinə düşüb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da “Conference Board” istehlakçı inam indeksi 3,6 bənd azalaraq 94,2-yə enib.
Banco.az xəbər verir ki, “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda isə orta proqnoz 96 idi.
İndeks avqust ayında 97,8 olmuşdu.
Gələcək altı aya dair gözləntiləri əks etdirən indeks sentyabrda 73,4-ə, mövcud şəraitlə bağlı gözlənti indeksi isə 125,4-ə düşüb.
İşə qəbulun zəifləməsi, davamlı inflyasiya və rekord səviyyədə olan səhm qiymətləri kimi müxtəlif əks amillərlə mübarizə aparan istehlakçı inam indeksi son aylarda əsasən dəyişkənlik göstərib.
“Conference Board”un baş iqtisadçısı Stefani Gişar açıqlamasında bildirib: “İstehlakçıların iş şəraitinə dair qiymətləndirməsi son aylara nisbətən xeyli az müsbət olub; mövcud iş imkanlarına dair qiymətləndirmələri isə ardıcıl doqquzuncu ayda azalaraq ilin ən aşağı səviyyəsinə enib.”
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Sentyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















