Icma.az
close
up
RU
ABŞ da Konqres üzvü Trampa qarşı impiçment prosedurunun başlanıldığını bəyan edib

ABŞ da Konqres üzvü Trampa qarşı impiçment prosedurunun başlanıldığını bəyan edib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Miçiqan ştatından demokrat Şri Tanedar prezident Donald Trampa qarşı impiçment prosedurunun başladıldığını elan edib.

Bizimyol.info xəbər verir ki, o, ölkə başçısını konstitusiyanı pozmaqda və hakimiyyəti qəsb etməyə cəhddə ittiham edib.

"Bu ölkədə prezidentlər hakimiyyətidir, krallıq yox. Bu, sadəcə bir səhv deyil, impiçmentlə nəticələnə biləcək bir pozuntudur. Bu, liderlik deyil, tiranlıqdır. Əgər buna imkan versək, bu o demək olacaq ki, prezident qanundan yuxarıdır və ABŞ Konstitusiyası artıq gərəksiz bir şeyə çevriləcək", – deyən Tanedar öz video müraciətində bildirib və həmkarlarını onu dəstəkləməyə çağırıb.

Ümumilikdə konqresmen Trampa qarşı yeddi ittiham irəli sürüb. Onun fikrincə, Tramp icra hakimiyyətindən sui-istifadə edir, ədalətə mane olur, suveren ölkələrə hərbi müdaxilə ilə hədələyir və söz azadlığına təcavüz edir, tənqidçilərinə və media qurumlarına qarşı çıxır. Bundan əlavə, Tanedar prezidenti tiranlıqda, korrupsiyada və “qanunsuz qurumlar” yaratmaqda ittiham edib. Belə ki, Tramp ABŞ hökumətinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə DOGE adlı bir qurum yaradıb və onun rəhbəri olan İlon Maskı konstitusiyanı birtərəfli şəkildə pozmaq səlahiyyəti ilə təmin edib.

Bundan əvvəl digər konqresmen, Texas ştatından demokrat El Qrin də prezidentə qarşı impiçment prosedurunu başlatmaq niyyətində olduğunu bildirmişdi. Trampın birinci prezidentlik dönəmində də Qrin dəfələrlə onu vəzifədən uzaqlaşdırmaq üçün sənədlər təqdim etmiş, lakin bütün cəhdləri uğursuz olmuşdu. Mart ayının sonunda "Axios" portalı öz mənbələrinə istinad edərək məlumat vermişdi ki, Nümayəndələr Palatasının üzvü, Minnesota ştatından demokrat İlhan Ömər prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts, müdafiə naziri Pit Heqset və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffə qarşı da impiçment prosedurunun başladılması imkanlarını demokrat həmkarları ilə müzakirə edib.

Hazırda Trampı dəstəkləyən Respublikaçılar Partiyası həm Senatda, həm də Konqresin Nümayəndələr Palatasında çoxluğa malikdir. Bu isə impiçment cəhdini demək olar ki, mümkünsüz edir.

Tramp ABŞ tarixində haqqında iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir — hər iki hal onun birinci prezidentlik dövründə, 2019 və 2021-ci illərdə baş vermiş və Senatda rədd edilmişdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri