Icma.az
close
up
RU
ABŞ da ölən hamilə qadın qanuna görə üç aydır süni nəfəs aparatında saxlanılır

ABŞ da ölən hamilə qadın qanuna görə üç aydır süni nəfəs aparatında saxlanılır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Corciya ştatında qüvvədə olan abort qadağası qanunu ailənin qərar vermək hüququnu faktiki olaraq əlindən alıb.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Associated Press”in məlumatına görə, Corciya ştatında 30 yaşlı hamilə qadın Adriana Smit fevral ayında beyin ölümü diaqnozu qoyulmasına baxmayaraq, artıq 3 aydır süni həyat dəstəyi aparatına qoşulu vəziyyətdə saxlanılır. O, beyin ölümü keçirəndə hamiləliyin 21-ci həftəsində olub.

Qanuna əsasən, dölün ürək döyüntüsü qeydə alındıqdan sonra abort qadağan edilir və bu səbəbdən həkimlər aparatları ayırmaq hüququna malik deyillər.

Ailəsi bildirir ki, dölün sağlamlıq vəziyyəti sual altındadır və ağır fəsadlar mümkündür. Lakin tibb işçiləri dölün sağlam qalması üçün görülən tədbirləri ictimaiyyətə açıqlamırlar. 2022-ci ildən qüvvədə olan bu qanun, faktiki olaraq, ailənin qərarvermə hüququnu aradan qaldırır.

Agentlik qeyd edir ki, daha əvvəl Florida ştatında da analoji hadisə baş verib. 2023-cü ildə dərc olunan məqalədə 22-ci həftədə beyin ölümü diaqnozu qoyulmuş 31 yaşlı qadından uşaq dünyaya gəlib. Ailə uşağın doğulmasını istəyib və həkimlər daimi nəzarət aparıblar.

"Qadın xəstəxanaya gətirilən kimi ona qan təzyiqini yüksəltmək üçün hormonlar verilib və qidalanma üçün boru yerləşdirilib. Daha sonra reanimasiya şöbəsinə köçürülüb və orada ginekoloji tibb bacısı onun yanından ayrılmayaraq dölün ürək döyüntüsünü və hərəkətlərini izləyib. Pasiyent süni tənəffüs aparatına qoşulu vəziyyətdə olub, mütəmadi olaraq steroidlər, hormonlar və pnevmoniyanın müalicəsi üçün antibiotiklər alıb", deyə məqalədə bildirilir.

Hamiləliyin 33-cü həftəsində dölün ürək döyüntüsü zəifləməyə başlayanda cərrahi müdaxilə ilə uşaq doğulub. Körpənin sağlam olduğu bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri