ABŞ da professoru evində, 11 nəfəri isə universitetdə güllələyən keçmiş tələbə ölü tapıldı Təfərrüat
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da Massaçusets Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology (MIT)) professoru Nuno Loureironu evində öldürən, Braun Universitetində isə 11 nəfəri (həmin hadisədə iki nəfər ölüb, doqquz nəfər yaralanıb-Mia.az) güllələyən şübhəli şəxs ölü tapılıb.
Mia.az xaric mətbuaa istinadla xəbər verir ki, bu barədə Polis Departamentindən açıqlama verilib.
Bildirilib ki, həmin hadisəni 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neves Valente törədib: "O, Nyu-Hempşirdə icarəyə götürdüyü anbarda ölü tapılıb. İlkin ekspertiza rəyinə görə, o, intihar edib"
Məlumatda diqqətçəkən əsas məqam isə Valentenin 2000-2001-ci illərdə Braun Universitetində təhsili alması faktdır. İddiaya görə öldürdüyü professorla onun oxuduğu illərdə hansısa problem olub: "Onlar, yəni, professorla sui-qsədçi 1995-ci ildə Portuqaliyadakı bir universitetdə eyni akademik proqramda oxuyublar. Məsələ hər tərəfli araşdırılır..."
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Dekabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















