ABŞ da qətlə yetirilən ukraynalı qıza görə “İrina Qanunu” imzalandı
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Karolina ştatında qətllərə nəzarəti gücləndirən qanun qüvvəyə minib.
Milli.Az xəbər verir ki, Şimali Karolina ştatının qubernatoru Coş Ştayn 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanın xatirəsinə "İrina Qanunu"nu imzalayıb. Qanun ştatda ictimai nəqliyyatda qətlə yetirilən Zarutskayanın xatirəsini qorumaq və bənzər zorakılıq hadisələrinin qarşısını almaq məqsədilə hazırlanıb.
Qanun layihəsi müəyyən zorakılıq və təkrar cinayətlərə görə nağdsız girovun verilməsini qadağan edir, magistratura və hakimlərin işləri bağlama səlahiyyətini məhdudlaşdırır, ştatın baş hakiminə magistraturanı vəzifədən kənarlaşdırmaq imkanını verir, müttəhimin psixi sağlamlıq müayinəsinin daha ətraflı aparılmasını tələb edir.
Ukrayna müharibəsinə görə xaricə qaçmışdı - vəhşicəsinə öldürüldü
Demokrat nümayəndə Steyn qanunu tam dəstəkləməsə də, qeyd edib ki, qanun zorakılıq riskini artıran şəxslərə xüsusi diqqət yetirir. Qubernator isə ölüm hökmünün bərpasına icazə verməyəcəyini vurğulayıb.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















