ABŞ da qripdən ölənlərin sayı COVID 19 qurbanlarının sayını ötüb
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Bu qış ABŞ-da mövsümi qripdən ölənlərin sayı beş ildə ilk dəfə olaraq COVID-19 virusundan ölənlərin sayını ötüb.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə ABŞ Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildə Birləşmiş Ştatlarda geniş yayılmağa başlayan COVID-19 virusu adi qripdən 42 dəfə çox insanın həyatına son qoymuşdu. Lakin yeni məlumatlar 2025-ci ildə dinamikanın dəyişdiyini göstərir.
ABŞ səhiyyə orqanları hesab edirlər ki, 2024-cü ilin oktyabr ayından bəri ölkədə azı 29 milyon insan qripə yoluxub, 370 min nəfər xəstəxanaya yerləşdirilib və onlardan 16 mini həyatını itirib. Eyni zamanda, koronavirusdan ölüm hallarında azalma və virusda daha az fəsada səbəb olan mutasiyaya uğrama qeydə alınıb.
Baxış sayı:160
Bu xəbər 20 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















