Icma.az
close
up
RU
ABŞ da şatdaun Ukraynaya silah tədarükü üzrə danışıqları dondurdu

ABŞ da şatdaun Ukraynaya silah tədarükü üzrə danışıqları dondurdu

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ukrayna ilə ABŞ arasında silah tədarükünə dair danışıqlar ABŞ hökumətində yaranmış "şatdaun” səbəbindən dayandırılıb. Nəticədə silahların ötürülməsi prosesi təhlükə altına düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” yazır.

Məlumata görə, Kiyev və Vaşinqton arasında hərbi yardım və dron sahəsində əməkdaşlıq üzrə danışıqlar ABŞ hökumətinin büdcə razılaşmasının olmaması üzündən işini dayandırmasından sonra təxirə salınıb. Yüz minlərlə federal qulluqçu məzuniyyətə göndərilib, Ukrayna nümayəndələri ilə görüşlər baş tutmayıb.

Ukrayna hökumətindəki mənbə bildirib ki, əsas narahatlıq ABŞ silahlarının tədarükündə mümkün gecikmələrlə bağlıdır:

"Bütün gələcək layihələr bir qədər zərər çəkdi, çünki Pentaqon, Dövlət Departamenti və Ağ Evdən olan şəxslər görüşmür və biz bu iş dayanması səbəbindən vaxt itiririk”.

Dronlarla bağlı saziş sual altındadır

Kiyev ABŞ ilə milyardlarla dollar həcmində ola biləcək pilotsuz uçuş aparatları texnologiyalarının mübadiləsi barədə iri kontrakt bağlamağı planlaşdırırdı. Bu təşəbbüsü həm Ukrayna prezidenti Vladimir Zelenski, həm də Donald Tramp dəstəkləmişdi. Lakin hökumətin "şatdaun”u səbəbindən danışıqlar faktiki olaraq dondurulub.

Trampın mövqeyində dəyişiklik

Keçən həftə Tramp müharibə ilə bağlı mövqeyini kəskin şəkildə dəyişərək bəyan etdi ki, Ukrayna bütün ərazilərini qaytara bilər. Zelenski isə BMT Baş Assambleyasının kuluarlarında ABŞ-ı "Tomahawk” qanadlı raketləri verməyə çağırdı, bunun Kremlə danışıqlar masasına oturmağa məcbur edə biləcəyini dedi. Ağ Ev bu ideyanı nəzərdən keçirdiyini açıqladı.

Ukrayna və beynəlxalq humanitar təşkilatlar xəbərdarlıq edirlər ki, rus ordusunun "misilsiz intensivlikdə” hücumları fonunda danışıqların pozulması ciddi zərbə ola bilər.

"Putin Ukrayna və Avropa ölkələrinə qarşı müharibəsini gücləndirdiyi bir vaxtda, hökumətin işinin dayanması çox pis siqnal verir”, – deyə "Ukrayna üçün Ümid” təşkilatının icraçı direktoru Yuri Boyçko bildirib.

Xatırladaq ki, ABŞ-da "şatdaun” 1 oktyabrda baş verib. Konqres yeni maliyyə ilinin əvvəlində hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul etməyə macal tapmayıb. Bu, Donald Trampın prezidentliyi dövründə federal idarələrin işinin üçüncü dəfə dayanması olub.

Bundan başqa, həmin gün ABŞ dolları əsas valyutalara qarşı həftəlik minimuma enib.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri