ABŞ da təhlükəsizlik tədbirləri: bu tətbiqin istifadəsi qadağan edilə bilər
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Globalinfo.az xəbər verir ki, bu barədə Donald Tramp “The Atlantic” jurnalına verdiyi müsahibədə danışıb.
“Bəlkə “Signal”dan istifadə etməyək, necə olar?”, – Tramp deyib.
Prezidentin sözlərinə görə, o, ABŞ müdafiə naziri Pit Heqsetlə bu məsələ barədə danışıb.
“Düşünürəm ki, o, məsələni nəzarətə alacaq. Onunla müsbət söhbətimiz oldu”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bu qərar dövlət sirlərinin yayılması ilə bağlı qalmaqallardan sonra ehtiyat tədbirləri çərçivəsində verilib.
Xatırladaq ki, daha əvvəl “Associated Press” agentliyi məlumat vermişdi ki, Heqsetin Pentaqondakı kabinetində Müdafiə Nazirliyinin təhlükəsizlik protokollarını pozaraq internetə müdafiəsiz çıxış nöqtəsi yaradılıb. Nazir təhlükəli bağlantıdan istifadə edərək “Signal” tətbiqinə daxil olub və ailə üzvlərinin olduğu yazışma qrupuna Yəməndə “Ənsar Allah” hərəkatının mövqelərinə zərbələrlə bağlı cədvəli göndərib.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:126
Bu xəbər 28 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















