Icma.az
close
up
RU
ABŞ da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib neft qiymətləri düşür

ABŞ da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib neft qiymətləri düşür

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Cümə günü neft qiymətləri enib.

Marja xəbər verir ki, ABŞ-da yanacağa olan tələbatla bağlı artan narahatlıqlar, Federal Ehtiyat Sisteminin (Fed) bu il həyata keçirdiyi ilk faiz endiriminin istehlakı artıracağına dair gözləntiləri kölgədə qoyub.

London birjasında Brent markalı neftin noyabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,4% azalaraq bir bareli 67,14 dollara, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri də 0,4% azalaraq 63,34 dollara geriləyib.

Buna baxmayaraq, hər iki əsas neft markası ardıcıl ikinci həftəni artımla başa vurmağa hazırlaşır.

Fed çərşənbə günü uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb və əmək bazarında zəifləmənin əlamətlərinə cavab olaraq daha çox endirimlərin olacağını istisna etməyib. Adətən daha aşağı faizlər (borclanma xərcləri) neftə olan tələbi artıraraq qiymətləri yüksəldir.

“Bazar ziddiyyətli siqnallar arasında sıxışıb qalıb. Tələbat tərəfdən baxsaq, Enerji İnformasiya Administrasiyası da daxil olmaqla bütün enerji agentlikləri zəifləyən tələblə bağlı narahatlıqlarını ifadə ediblər və bu da yaxın perspektivdə ciddi qiymət artımı gözləntilərini zəiflədir. Təklif tərəfdə isə OPEC+ ölkələrinin hasilatı artırmaq planları və ABŞ-ın yanacaq məhsulları ehtiyatlarında artıqlıq əlamətləri bazar əhvalına mənfi təsir göstərir” — deyə analitiklər bildirir

ABŞ-da yanacaq ehtiyatlarının bazar proqnozunu (1 milyon barel) xeyli üstələyərək 4 milyon barel artması da dünyanın ən böyük neft istehlakçısında tələbin zəiflədiyinə dair narahatlıqları gücləndirib və qiymətlərə təzyiq göstərib.

Həftə ərzində açıqlanan iqtisadi göstəricilər də narahatlıqları artırıb. İşsizlik müavinətinə müraciətlərlə bağlı son məlumatlar ABŞ əmək bazarının zəiflədiyini, həm işçi tələbinin, həm də təklifinin azaldığını göstərib. Avqustda isə ev tikintisi son iki yarım ilin ən aşağı səviyyəsinə enib və yeni evlərin satılmamış qalması bazarda artıq təklifin formalaşmasına səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://marja.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri