ABŞ da transgenderlərin orduya qəbulu DAYANDIRILDI 15 min nəfər isə...
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ ordusu transgenderlərin işə qəbulunu dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ ordusu da hərbi qulluqçular üçün cinsiyyətin dəyişdirilməsi prosedurlarını həyata keçirməyi və ya asanlaşdırmağı dayandıracaq. Qərar dərhal qüvvəyə minib.
Hazırda ABŞ ordusunda bu kateqoriyadan olan 15 minə yaxın insan xidmət edir. Onların tibbi göstəricilərə görə xidmətə yararsız hesab edilərək tərxis olunacağı gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Bayden administrasiyasının transseksualların açıq şəkildə orduda xidmət etməsinə icazə verən 2021-ci il qərarını ləğv edən sərəncam imzalayıb.
Bizim.Media
Baxış sayı:134
Bu xəbər 15 Fevral 2025 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















