Icma.az
close
up
RU
ABŞ dan Araikgilin işi haqda gözlənilməz cavab Ermənilər hansı vəziyyətə düşüb?

ABŞ dan Araikgilin işi haqda gözlənilməz cavab Ermənilər hansı vəziyyətə düşüb?

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Azərbaycan və Ermənistanın sülh gündəliyinin inkişafı fonunda “ofsayd” vəziyyətinə düşən erməni diasporu mövcudluğunu qorumaq üçün müxtəlif məsələləri gündəmə gətirməyə çalışır. Hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilər – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinin müdafiə olunması, onların azadlığa çıxması üçün Qərb ölkələrinin siyasi rəhbərliklərinə müraciətlərin edilməsi də erməni diasporunun diqqət ayırdığı məsələlərdən biridir.
Turkustan.az
xəbər verir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) Tramp Administrasiyasına məktub ünvanlayıb. Məktubu Konqresin erməni qrupuna daxil olan 87 üzvü imzalayıb.
Bu konqresmenlər ABŞ-da lobbi maraqlarını həyata keçirənlərdir. Onlar erməni diasporunun dəstəyi qarşılığında ABŞ-ın milli siyasətində erməni maraqlarının təmin edilməsinə çalışır. Tramp Administrasiyası isə “Vaşinqton bataqlığı”nın qurulması siyasətinə uyğun olaraq, lobbi qruplarının fəaliyyətini məhdudlaşdırmaq istiqamətində addımlar atır.
Məktuba verilən cavab da bu kontekstdə diqqət çəkir. Dövlət Departamentinin Qanunvericilik Məsələləri İdarəsinin nümayəndəsi Paul Qualiano tərəfindən imzalanmış məktubda bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda ittiham olunan ermənilərin məhkəməsində imkan daxilində iştirak etməyə çalışırlar. Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi “ermənilərin Qarabağa qayıtması məsələsini” diqqətdə saxladıqlarını bildirib.
Erməni diasporu/lobbisi ABŞ Administrasiyasının cavab məktubunu sevinclə qarşılayıblar. Lakin Tramp Administrasiyasının erməni diasporunun müraciətinə laqeyd cavabı diqqət çəkir.
Birincisi, Bayden Administrasiyasından fərqli olaraq, ANCA-nın müraciətinə yüksək səviyyəli məmur yox, Dövlət Departamentinin Qanunvericilik Məsələləri İdarəsinin nümayəndəsi cavablayıb: ABŞ-ın əvvəlki administrasiyası dövründə adətən cavablar ya dövlət katibi, ya da müavinləri səviyyəsində verilirdi;
İkincisi, Dövlət Departamenti səfirlik əməkdaşlarının ermənilərin məhkəməsində “imkan daxilində” iştirak etdiyini bildirir: bu qeyd Tramp Administrasiyası üçün “ermənilərin məhkəmə işi”nin maraqlı olmadığının ifadəsidir;
Üçüncüsü, Vaşinqdon “ermənilərin Qarabağa qayıtmasının” qeyri-mümkünlüyünü anlayır, xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın da bundan imtina etməsi fonunda: “məsələni diqqətdə saxlayırıq” demək diplomatik cavab kimi görünür;
Göründüyü kimi, ABŞ üçün nə Araikgilin məhkəməsi, erməni diasporu, nə də onların istəkləri maraqlı deyil. İndiyə qədər ABŞ-ın xarici siyasətində ciddi təsir edən erməni diasporu\lobbisi üçün belə yanaşma gözlənilməz zərbə hesab oluna bilər./publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri