Icma.az
close
up
RU
ABŞ dan Azərbaycanla bağlı müəmmalı mesaj: “Hazır olun!” Bölgədə nəhəng proseslər başlayır?

ABŞ dan Azərbaycanla bağlı müəmmalı mesaj: “Hazır olun!” Bölgədə nəhəng proseslər başlayır?

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (“Hazır olun”). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-də diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən “X” platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub.

Mia.az “Musavat.com”a istinadən xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir.

Lyuk Koffi kimdir və niyə dedikləri bu qədər önəmlidir?

Lyuk Koffi ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən biri olan “Hudson Institute”un aparıcı tədqiqatçısıdır. O, Avropa, Avrasiya, NATO və transatlantik təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda ciddi təsir imkanlarına malik analitiklərdən sayılır.

Koffi uzun illər ABŞ-də strateji düşüncə mərkəzlərində çalışıb, NATO xətti üzrə təhlükəsizlik planlamalarında iştirak edib və ABŞ xarici siyasətinin ideoloji konturlarının formalaşmasında rol oynayan fiqurlardan biri kimi tanınır. Onun açıqlamaları bir çox hallarda Vaşinqtondakı real siyasi proseslərin öncədən siqnalı hesab olunur.

Azərbaycan bayrağı + “Hazır olun”: Təsadüfdür, yoxsa planlı mesaj?

Əsas diqqətçəkən məqam budur: Lyuk Koffi “Hazır olun” mesajını məhz Azərbaycan bayrağı ilə birlikdə paylaşıb.

Bu isə bir sıra ciddi suallar doğurur:

ABŞ regionda yeni mərhələyə hazırlaşır?

Cənubi Qafqazda strateji dəyişikliklər gözlənilir?

Azərbaycan bu prosesdə açar ölkə kimi nəzərdə tutulur?

Vaşinqton Bakı ilə bağlı öncədən mesaj verir?

Ekspertlərin fikrincə, bu paylaşım ABŞ-nin Cənubi Qafqaz və Orta Asiya xəttində yeni geosiyasi konfiqurasiya qurmaq niyyətinin açıq göstəricisidir.

Bəs bu mesaj İran və Cənubi Azərbaycanla bağlıdırmı?

Ən çox müzakirə olunan sual isə məhz budur: “Be prepared” çağırışı İranda, xüsusilə Cənubi Azərbaycanda baş verən hadisələrlə bağlı ola bilərmi?

Son həftələr İranda, o cümlədən Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi Cənubi Azərbaycan şəhərlərində artan etirazlar, sosial gərginlik və təhlükəsizlik tədbirləri fonunda bu paylaşımın zamanlaması təsadüfi görünmür.

Siyasi müşahidəçilər hesab edir ki:

ABŞ İranda mümkün daxili silkələnmələrə hazırlaşır;

Cənubi Azərbaycan faktoru regionda strateji risk və imkan kimi nəzərdən keçirilir;

Azərbaycan Respublikası bu proseslərdə təbii geosiyasi mərkəz rolunda qiymətləndirilir;

Vaşinqton region ölkələrinə, xüsusilə Bakıya “proseslərə hazır olun” mesajı verir.

Bu baxımdan, Lyuk Koffinin paylaşımı İran daxilində mümkün ssenarilərlə bağlı dolayı xəbərdarlıq kimi də oxuna bilər.

Koffinin Azərbaycanla bağlı mövqeyi – ardıcıl və sistemlidir

Lyuk Koffi indiyədək dəfələrlə açıq şəkildə bildirib ki:

ABŞ Mərkəzi Asiya və İran ətrafı siyasətdə Azərbaycanı kənarda saxlaya bilməz;

Bakı Trans-Xəzər və Şərq–Qərb dəhlizinin əsas qovşağıdır;

Azərbaycan regionda təhlükəsizlik və sabitlik baxımından açar dövlətdir;

Vaşinqton Bakı ilə münasibətləri yenidən strateji müttəfiqlik səviyyəsinə çıxarmalıdır;

Bu baxımdan “Hazır olun” mesajı uzun müddətdir formalaşan yanaşmanın pik nöqtəsi kimi görünür.

Nəticə: Mesaj açıqdır – proseslər sürətlənir

Lyuk Koffinin paylaşımı bir daha göstərir ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil. Ölkə qlobal güclərin planlarında xüsusi yer tutur və qarşıdakı mərhələdə onun üzərinə düşən rol daha da arta bilər.

İstər Cənubi Qafqaz, istər İran, istərsə də Cənubi Azərbaycan kontekstində – mesaj dəyişmir:

Azərbaycan diqqət mərkəzindədir. Geosiyasi proseslər sürətlənir. “Hazır olun” – sadə söz deyil, siyasi siqnaldır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri