Icma.az
close
up
RU
ABŞ dan Bakıya kritik səfər 907 ci düzəliş ləğv edilir?

ABŞ dan Bakıya kritik səfər 907 ci düzəliş ləğv edilir?

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Respublikaçılar Partiyasından olan senator Stiv Deynsi qəbul edib. Xarici Əlaqələr Komitəsi ABŞ siyasətində mühüm səlahiyyətlərə malikdir və Stiv Deynsin bu görüşdə iştirakı iki ölkə arasında strateji dialoqun genişlənməsi baxımından diqqət çəkir.

Görüşdə əsas müzakirə mövzuları nələr ola bilər? 907-ci düzəlişin ləğvi istiqamətində ilkin təmasların qurulması realdırmı? Həmçinin, yaxın perspektivdə ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü haqda nə demək olar?

Globalinfo.Az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, İlham Əliyev və Stiv Deynsin görüşü ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcı ola bilər:

“Bu görüş ABŞ-Azərbaycan münasibətlərinin gələcək istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyır. Görüşün təkcə ikitərəfli əlaqələrlə deyil, həm də regional geosiyasi proseslər və ABŞ-ın Cənubi Qafqaz siyasətindəki potensial dəyişikliklərlə bağlı olduğu aydın görünür.

Strateji tərəfdaşlıq və regional prioritetlər fonunda Azərbaycan son illərdə Mərkəzi Asiya və Avropa arasında enerji və nəqliyyat körpüsü rolunu oynamaqla beynəlxalq arenada öz strateji əhəmiyyətini artırıb. Bu kontekstdə ABŞ-ın Cənubi Qafqaz regionuna marağının artması, xüsusən Çin və Rusiyanın təsir imkanlarının genişləndiyi bir vaxtda, regionun sabit və proqnozlaşdırıla bilən tərəfdaşlara ehtiyacının artması ilə əlaqələndirilir.

Stiv Deynsin səfəri yalnız ikitərəfli münasibətlərin müzakirəsi baxımından deyil, həm də ABŞ Konqresində Azərbaycanın maraqlarını müdafiə edə biləcək Respublikaçı qanadla təmasların gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Deyns konkret qərarların formalaşmasına təsir göstərə biləcək nüfuzlu fiqurlardan biridir”.

Elman Telmanoğlu

Politoloqun sözlərinə görə, 907-ci düzəlişin ləğvinə doğru atıla biləcək addımlar görüş kontekstində ən çox maraq doğuran məsələlərdən biridir:

“Stiv Deynsin Azərbaycana səfəri bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində ilkin siyasi təmasların qurulması baxımından da əlamətdar ola bilər. Xüsusilə Qarabağ münaqişəsinin bitməsi və postmünaqişə dövründə Azərbaycanın regionda sülh və inteqrasiya təşəbbüsləri fonunda bu düzəlişin saxlanması getdikcə daha az əsaslı görünür. ABŞ-ın enerji təhlükəsizliyi, İranla bağlı siyasəti və Çinlə rəqabəti nəzərə alındıqda, Azərbaycanla daha sıx əməkdaşlıq vacib hala gəlir”.

E.Telmanoğlu qeyd edib ki, Tramp-Əliyev görüşünün mümkünlüyü barədə danışarkən, ABŞ-da 2024-cü il prezident seçkilərinin nəticəsində Trampın hakimiyyətə qayıtması Cənubi Qafqazda geosiyasi dinamikanın yeni mərhələyə keçəcəyindən xəbər verirdi:

“Tramp administrasiyası dövründə fərdi liderlərarası əlaqələrə xüsusi önəm verilmişdi. Bu kontekstdə Trampın ikinci prezidentliyi zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə mümkün görüş istisna olunmur. Trampın xarici siyasət strategiyası daha çox iqtisadi maraqlara və fərdi münasibətlərə əsaslanır. Azərbaycan isə enerji resursları, Orta Dəhliz layihəsindəki rolu və İranla sərhəddə yerləşməsi baxımından ABŞ üçün əhəmiyyətli tərəfdaş ola bilər. Bu baxımdan, Tramp-Əliyev görüşü, xüsusilə də Vaşinqtonda Azərbaycanla yeni enerji və təhlükəsizlik razılaşmaları baxımından gündəmdə ola bilər”.

Safura Bənnayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 May 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri