Icma.az
close
up
RU
ABŞ dan Hacıyevə təcili payalma zəngi...

ABŞ dan Hacıyevə təcili payalma zəngi...

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Azərbaycan-Ermənistan sülh sazişi mətninin razılaşdırılması Cənubi Qafqazda maraqlı qüvvələri hərəkətə gətirdi. Müxtəlif ölkələrdən verilən açıqlamalar əsasən razılaşmanın “alqışlanması”, “sazişin tezliklə imzalanması” yönündədir. Vaşinqtonun yanaşması isə Bakı-İrəvan xəttində əldə olunan razılaşmadan özünə “pay götürmək” cəhdi fonunda diqqət çəkdi.

Martın 13-də xarici işlər naziri Ceyhun Bayramov “sülh sazişi mətninin razılaşdırıldığını” açıqladı. Bu açıqlamadan üç gün sonra – martın 16-da ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə zəng etdi, daha sonra sosial şəbəkə hesabında yazdı: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik müşaviri cənab Hikmət Hacıyevlə danışdım. Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.

Vaşinqtondan Bakıya edilən zəng ABŞ-ın regionda sülh istəyi fonunda təbiidir. Təəccüblü olan, Uoltsun dedikləri kontekstində Bakıya “biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq” çağırışıdır.

Birincisi, Azərbaycan və Ermənistan danışıqlar prosesini üçüncü ölkənin iştirakı olmadan aparıb, razılaşdırma da ikitərəfli formatda əldə olunub;

İkincisi, Bayden administrasiyası dövründə təşkil edilən bir neçə formal görüş istisna olmaqla, ABŞ bu prosesdə iştirak etməyib: yeni fəaliyyətə başlayan və əsas diqqətini Ukraynaya kökləyən Tramp administrasiyası isə nəinki Bakı-İrəvan danışıqları, ümumiyyətlə Cənubi Qafqazla bağlı hansısa addım atmayıb, regionla bağlı nə qədər məlumatlı olduqları da sual altındadır.

Bunu Uoltsun qeydlərində də aydın görmək mümkündür. Trampın müşaviri “məhbusları azad etməyə” çağırır. Söhbət hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərdən gedir. Bu yanaşma Tramp administrasiyasının Cənubi Qafqazla bağlı məlumatsızlığını ortaya çıxaran amildir:

1. İttiham olunan ermənilərlə bağlı məhkəmə prosesi davam edir: məhkəmənin qərarı olmadan onları “məhbus” adlandırmaq tələsik yanaşmadır: bəllidir ki, Uolts məsələni dəqiqləşdirmədən erməniyönümlü medianın təbliğatının təsirinə düşüb;

2. Məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı nə sülh sazişində hansısa qeyd var, nə də bu, Bakı-İrəvan gündəliyinin müzakirə mövzusudur.

Uoltsun Hikmət Hacıyevi “Azərbaycan Prezidentinin milli təhlükəsizlik müşaviri” adlandırması da Tramp administrasiyasının region haqqında nə qədər “məlumatlı” olduğunu təsdiqləyən detallardandır.

Bunun fonunda ABŞ-ın Bakı-İrəvan xəttindəki sülh razılaşmalarına yanaşmasının səbəbi Uoltsun “Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq” sözlərində öz əksini tapır. “Dünyada sülhə nail olmaq”, “Ukraynada müharibəni 24 saatda dayandırmaq” vədləri verən Tramp administrasiyası “daha bir münaqişəni həll etdik” təbliğatında Azərbaycan-Ermənistan razılaşmasına “göydəndüşmə fürsət” kimi baxır. Və bir zənglə sülh sazişi mətninin razılaşdırılmasında “iştirakçı payı” əldə etməyə çalışırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri