Icma.az
close
up
RU
ABŞ dan İrana məktub: Tramp iki ay vaxt verdi…

ABŞ dan İrana məktub: Tramp iki ay vaxt verdi…

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneiyə məktub göndərərək yeni nüvə sazişinin bağlanması üçün iki aylıq müddət təyin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri bir ABŞ rəsmisinə və məktubun məzmunu ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə görə, hazırda iki aylıq müddətin məktubun çatdırıldığı tarixdən, yoxsa danışıqların başlanmasından etibarən hesablandığı dəqiq bilinmir, lakin İran Trampın təklifini rədd edərsə və danışıqlara başlamazsa, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə hərbi hücum ehtimalı kəskin artacaq.

Məktub bir neçə gün əvvəl Trampın xüsusi elçisi Stiv Uitkof tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd Bin Zayedə Əbu-Dabidə keçirilən görüş zamanı təqdim edilib. Ertəsi günZayedin nümayəndəsi Ənvər Qərqaş Tehrana səfər edərək məktubu İranın xarici işlər naziri Abbas Araqçıya təqdim edib.

Qeyd edək ki, son dörd ildə İranın nüvə proqramı daha da irəliləyib və ölkə nüvə silahı əldə etməyə həmişəkindən daha yaxındır. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına görə, İranın 60 faizlik zənginləşdirilmiş uran ehtiyatı 90 faizə qədər zənginləşdirilərsə, altı nüvə bombasının istehsalı üçün kifayət edə bilər. İran isə nüvə silahı əldə etməyə çalışdığını inkar edir.

Xatırladaq ki, iki həftə əvvəl “Fox News”a müsahibəsində Tramp İran liderinə birbaşa danışıqlar təklif edən məktub göndərdiyini açıqlayıb. Bir gün sonra isə Tramp bildirib ki, ABŞ İranla bağlı “son anlara yaxınlaşır”.

“Onların nüvə silahına sahib olmasına icazə verə bilmərik. Çox yaxın zamanda nəsə baş verəcək. Mən sülh razılaşmasını üstün tuturam, amma digər variant da problemi həll edəcək”, – deyə o vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri