ABŞ dan İsrailə çağırış Həbsdəki vətəndaşımızı azad edin
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da 100-dən çox insan haqları qrupları və qeyri-hökumət təşkilatlarından (QHT) ibarət koalisiya administrasiyadan İsrail həbsxanasında saxlanılan ölkə vətəndaşı Məhəmməd İbrahimin azadlığa buraxılması üçün tədbir görməyi tələb edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya ABŞ dövlət katibi Marko Rubioya məktub yazıb.
Məktubda 16 yaşlı İbrahimin işğal altındakı İordan çayının qərb sahilindəki Ofer həbsxanasında mühakimə olunmadan saxlandığı və İsrailin tətbiq etdiyi əlverişsiz həbsxana şəraiti səbəbindən səhhətinin pisləşdiyi bildirilib.
Məktubda İbrahimin ABŞ-ın müdaxiləsinə təcili ehtiyac duyduğu vurğulanıb: “Biz ABŞ Dövlət Departamentindən Məhəmməd İbrahimin İsrail həbsxanasından təhlükəsiz şəkildə azad edilməsi üçün hərəkətə keçməsini tələb edirik”.
İbrahim Cəfərov
Baxış sayı:93
Bu xəbər 27 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















