ABŞ dan kritik Rusiya həmləsi: Prosesə başlanıldı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyanın Ukraynaya qarşı davam edən hücumları fonunda Moskvaya qarşı yeni sanksiyaların nəzərdən keçirildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, “Fox News”a müsahibəsində Bessent Rusiya Prezidenti Vladimir Putini tənqid edərək Putinin ABŞ və Avropa liderləri ilə görüşlərdə dediklərinin tam əksini etdiyini və bombalama kampaniyasını biabırçı şəkildə gücləndirdiyini bildirib.
Mümkün sanksiyalarla bağlı suala cavab verən Bessent deyib:
“Bütün variantlar Prezident Trampla masadadır və düşünürəm ki, bu həftə onları çox yaxından araşdıracağıq”.
Xatırladaq ki, avqustun 15-də Alyaskada keçirilən sammitdən sonra prezident Donald Tramp Moskva ilə bağlı irəliləyişin iki həftə ərzində aydın olacağını qeyd edib. O, əks halda böyük sanksiyalar və ya böyük tariflər, yaxud hər ikisinin gündəmə gələ biləcəyini vurğulamışdı.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Sentyabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















