Icma.az
close
up
RU
ABŞ dan olan səyyah: Dağıdılmış ərazilərin yenidən bərpa olunmasını görməkdən çox məmnunam

ABŞ dan olan səyyah: Dağıdılmış ərazilərin yenidən bərpa olunmasını görməkdən çox məmnunam

Azertag saytına istinadən Icma.az xəbər verir.

Şuşa, 24 aprel, AZƏRTAC

Mən Azərbaycanın belə gözəl guşəsinə səfər etməkdən çox şadam. Dağları və təbiəti sevirəm. Səyahət zamanı yeni tikinti işlərini, dağıdılmış ərazilərin yenidən bərpa olunmasını görməkdən çox məmnunam.

Bunu Şuşaya səfər edən ABŞ-dan olan Klayre Qribbin AZƏRTAC-ın bölgə müxbirinə təəssüratlarını bölüşərkən deyib.

“Belə qısa müddətdə bu qədər iş görülməsi heyrətamizdir. İnsanların öz yurdlarına köçürülməsini, əvvəllər yaşamış olduqları evlərə yerlədirilməsini xüsusilə yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, Azərbaycan dövlətinin böyük layihəsidir.

Heyrətamiz Şuşanı görmək mənim üçün inanılmazdır. Azərbaycanın dünyada qadınlara səs verən ilk ölkələrdən biri olduğunu öyrənmək də maraqlı idi. Səfər zamanı Şuşanın tarixini, onun dünyanın ən qədim bölgələrindən biri olmasını öyrəndim”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb. Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Onlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcəklər. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri