ABŞ dan Rusiya ilə qonşu ölkələrin orduları ilə bağlı addım
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Rusiyaya sərhəd ölkələrin ordularının maliyyələşdirilməsi üzrə bəzi proqramlardan imtina edəcək.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Pentaqon ötən həftə Avropa diplomatlarını ABŞ-ın artıq Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlimi və təchizatı üzrə proqramları maliyyələşdirməyəcəyinə dair məlumatlandırıb.
Qeyd olunur ki, bu proqramların xərcləri ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Lakin prezident Donald Trampın administrasiyası bu fondların artırılması üçün əlavə vəsait istəməyib. Hazırkı büdcə 2026-cı ilin sentyabrına qədər qüvvədədir.
Məqalədə vurğulanır ki, 2018–2022-ci illərdə Avropa ABŞ-ın digər ölkələrin təhlükəsizlik qüvvələrinin hazırlığı və təchizatı üçün ayırdığı 1,6 milyard dollarlıq vəsaitin təxminən 29 faizini alıb. Əsas benefisiarlar Estoniya, Latviya və Litva olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 Sentyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















