ABŞ dan sərt mesaj: İran üçün çox pis olacaq!
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İranın dünyadakı davranışı Vaşinqtonun milli maraqlarını təhdid edir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə təhlükəsinə son qoymaq, ballistik raket proqramını məhdudlaşdırmaq və terrorçu qruplara dəstəyi dayandırmaq üçün maksimum təzyiq kampaniyasını bərpa edib.
“İran heç vaxt nüvə silahına malik ola bilməz. Biz Tehranla saziş üzrə danışıqlara hazır olduğumuzu bildirmişik. Əgər İran rejimi razılaşmanı istəmirsə, prezident də açıq şəkildə bildirib ki, o, başqa variantları axtaracaq. Bu, İran üçün çox pis olacaq”, – sözçü bildirib.
Qeyd edək ki, bu gün İranın xarici işlər naziri Seyid Abbas Araqçı ölkəsinin heç vaxt nüvə silahı əldə etməyə can atmadığını və gələcəkdə də bu cür niyyətinin olmadığını deyib.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















