ABŞ dan Şimali Koreyaya çağırış
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ Dövlət Departamenti bəyan edib ki, Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsinə və Moskvadan bunun qarşılığında aldığı yardımlara son qoyulmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, Departamentin sözçü müavini Tommi Pigot gündəlik mətbuat konfransında çıxış edərək bildirib:
“Şimali Koreyanın müharibəyə birbaşa müdaxilə etməsi, Rusiyaya hərbi qüvvələr göndərməsi və Rusiyanın Şimali Koreyaya göstərdiyi hər cür dəstək bizi ciddi narahat etməyə davam edir.”
Pigot əlavə edib ki, bu mövzu ilə bağlı daha əvvəl də dəfələrlə açıqlama verilib:
“Əvvəllər də vurğuladığımız kimi, Şimali Koreya kimi Rusiya-Ukrayna müharibəsinə dəstək verən üçüncü ölkələr bu münaqişədə məsuliyyət daşıyırlar.”
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















