ABŞ Danimarkada Rusiya sərhədi yaxınlığında hərbi infrastruktur yerləşdirə biləcək
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Amerikalılara ABŞ və Danimarka arasındakı razılaşmaya uyğun olaraq Rusiya sərhədi yaxınlığında hərbi infrastrukturunu yerləşdirmək imkanı veriləcək.
Bu sözləri RİA Novosti-yə müsahibəsində Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin deyib.
Barbin Danimarka parlamentinin ölkə ərazisində Amerika hərbi bazalarının yerləşdirilməsinə “yaşıl işıq” yandıran iyun qərarını şərh edib.
"Bu o deməkdir ki, ABŞ Rusiya sərhədi yaxınlığında öz hərbi infrastrukturunu yerləşdirə və Danimarka ərazisindən milli təhlükəsizliyimizə təhdidlər yarada biləcək”, - diplomat qeyd edib və bu sazişin icrasının əslində necə gedəcəyini zaman göstərəcəyini vurğulayıb.
Cavid

ABŞ hərbçiləri Rusiya sərhədi yaxınlığında
01 Sentyabr 2025 23:35
Rusiya Belarusda hərbi kontingent yerləşdirə biləcək
26 Fevral 2025 16:23
ABŞ bombardmançı təyyarələri Rusiya sərhədi yaxınlığında
12 Avqust 2025 20:23
Rusiya qorxusu: Danimarkada qadınlar da hərbi xidmətə çağırılır
01 İyul 2025 09:32
Bakıdan sonra Danimarkada...
23 Noyabr 2024 00:19

