ABŞ də 11 məhbus həbsxanadan qaçdı: Cinayətkarlar divarda Çox asan idi sözlərini yazıblar
Icma.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-də Luiziana ştatının Yeni Orlean şəhərindəki həbsxanadan qaçmış məhbusları axtarılırlar.
Oxu.Az "NBC News" telekanalına istinadla xəbər verir ki, səhər yoxlaması zamanı 11 məhkumun olmadığı üzə çıxıb.
Qaçan məhbuslar müxtəlif cinayətlərdə ittiham olunurlar. Onlardan ikisi artıq saxlanılıb, qalan doqquz nəfər isə hələ də axtarışdadır.
Axtarışda olan 11 nəfərdən biri başqa kamerada aşkarlanıb. Digəri isə hotelin dayanacağında avtomobilin altında gizlənərkən tapılıb.
Polis axtarışda olan 11 məhbusdan yeddisinin portretini göstərib. Qaçışın baş verdiyi kameranın fotoları da yayımlanıb. Divarda hamamın arxasında açılmış dəlik görünür.
Cinayətkarlar qaçarkən, divarda bu sözləri yazıblar: "Çox asan idi" və "Biz günahsızıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















