ABŞ də 20 min yük maşını sürücüsü ingilis dilini yetərincə bilmədiyi üçün işdən çıxarılıb
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
ABŞ Nəqliyyat Nazirliyi son bir ildə təxminən 20 min yük maşını sürücüsünü ingilis dili biliklərinin yetərli olmaması səbəbindən işdən kənarlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmi ölkənin nəqliyyat naziri Şon Daffi açıqlayıb. Onun sözlərinə görə, sürücülərin işdən çıxarılması yükdaşıma sənayesində qanunsuz immiqrantlarla mübarizə kampaniyası çərçivəsində həyata keçirilir. “Təxminən 20 min yük maşını sürücüsü ingilis dili bilikləri üzrə tələblərə cavab vermədiyinə görə işdən kənarlaşdırılıb. Bu, gələcəkdə daha çox olacaq”, - deyə Daffi bildirib.
Birləşmiş Ştatların yükdaşıma sənayesində qanunsuz immiqrantlarla mübarizə kampaniyası ötən ilin yazında başlanıb. Nazir qeyd edib ki, ötən müddət ərzində 28 min yük maşını sürücüsünün qanunsuz əldə edilmiş lisenziyası da ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 May 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















