ABŞ də ana 6 yaşlı oğlunu şeytançıxarma mərasimi zamanı öldürüb
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də ana altı yaşlı oğlunu "cinləri qovmaq" üçün ekzorsizm (şeytançıxarma) mərasimi zamanı öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.
Məlumata görə, səlahiyyətlilər iki həftədən çox müddətdə məktəbə getməyən uşağın Florida ştatının Fort-Pirs şəhərindəki evinə gediblər. Uşağın cansız bədəni öz çarpayısında tapılıb.
Anası Ronda Coys Paulinis dedektivlərə bildirib ki, oğlunun bədənindən "cinləri qovmağa" çalışıb və uşaq hərəkət etməyi dayandırdıqda, onun cinlərdən azad olunduğuna və tezliklə həyata qayıdacağına inanıb.
Paulinisə qarşı ikinci dərəcəli qətl və ölüm faktını gizlətmək maddələri üzrə ittiham irəli sürülüb.
Məlumdur ki, səlahiyyətlilər daha əvvəl də qadınla bağlı məişət və tibbi problemlər səbəbindən araşdırma aparıblar. Qadının emosional qeyri-sabitlik yaşadığı qeyd olunur.
ABŞ-də ana 6 yaşlı oğlunu şeytançıxarma mərasimi zamanı öldürüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 04 İyun 2025 05:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















