“ABŞ də aralıq seçkilərdən sonra İrana yeni hərbi zərbələr endirilməsi ehtimalı var...”
Icma.az, Adelet.az saytına istinadən bildirir.
“Tramp son günlər yenə Rusiyanın maraqlarına uyğun qərarlar verir. Ukraynadan Rusiyanın neft emalı zavodlarını vurmamağı tələb edir, Rusiya dizelinə tətbiq olunan sanksiyaları yumşaldır. Tramp Rusiyanı sevir? Düşünmürəm. Sadəcə, öz ölkəsindəki vəziyyəti və siyasi maraqlarını düşünür. ABŞ-də dizelin qiyməti son bir ildə 67% artıb. Bu da sahibkarların xərclərini artırır, əhali arasında narazılıq yaradır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Tramp dizel ixracını məhdudlaşdırmağı da nəzərdən keçirdi, amma yerli neft sənayesi buna qarşı çıxdı:
“İndi isə Rusiyadan dizel almağa çalışır. Belə olan halda Ukraynanın Rusiya neft emalı zavodlarını vurmasını niyə istəsin? Axı həmin zavodlar sıradan çıxarsa, Rusiyanın yanacaq təchizatı da azalacaq. Xatırlayaq ki, bu ilin fevrallnda İrana hərbi zərbələrdən əvvəl də Vaşinqtonun mövqeyində Rusiyanın maraqlarına uyğun yumşalma müşahidə olunurdu. İndi də oxşar mənzərə yaranır. Odur ki, 3 noyabrdan, yəni ABŞ-də aralıq seçkilərdən sonra İrana yeni hərbi zərbələr endirilməsi ehtimalı var. Bu baş verərsə, neftin qiyməti fantastik hədlərə yüksələ bilər. Qiymətlərin nə qədər yüksələcəyini və həmin səviyyədə nə qədər qalacağını isə qarşıdurmanın miqyası, davametmə müddəti və enerji infrastrukturuna dəyəcək zərər müəyyən edəcək”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 13 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















